Operativ vergi nəzarəti tədbirləri görülür

A- A A+

Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, may ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələri əhatə edən 19 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Belə ki, 1 vergiödəyicisi tərəfindən xarici valyuta məbləğinin ödəniş vasitəsi kimi qəbul edilməsi, 11 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 1 işçinin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi, 2 vergiödəyicisində “Sadələşdirilmiş vergi üzrə sabit vergi məbləğinin ödənilməsi haqqında qəbz”in və 2 vergiödəyicisində isə malların Vergi Məcəlləsi ilə tənzimlənən elektron qaimə-faktura  əsasında alınmaması müəyyən edilərək müvafiq tədbirlər görülüb.  

Qeyd olunan dövrdə  Vergilər Nazirliyi tərəfindən  müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər planına əsasən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməsi, əməkhaqlarının real göstərilməsi ilə bağlı tikinti, ticarət, iaşə və digər xidmət obyektlərində araşdırılmaların aparılması mütəmadi olaraq davam etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: