8 istehsal sahəsinin yaradılması başa çatdırılıb

A- A A+

Muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər ötən  ay da davam etdirilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu dövrdə heyvandarlıq, istixana təsərrüfatları, soyuducu anbar olmaqla 8 istehsal sahəsinin yaradılması başa çatdırılıb.

Ərzaq məhsullarının istehsalı, soyuducu anbar, balın emalı, ətlik-südlük istiqamətində heyvandarlıq təsərrüfatının, meyvə-tərəvəz məhsullarının,  yabanı  növ bitkilərin tədarükü və konservləşdirilməsi sahələrinin yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 yeni layihənin maliyyələşdirilməsinə 104 min 200 manat, eləcə də 11 ailə təsərrüfatına 129 min 800 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib.

Ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 8 hаldа mənşə sеrtifikаtı verilib. Ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilib, 176 halda mal nümunələrində laboratoriya təhlilləri aparılarkən 174  nümunənin  keyfiyyət göstəriciləri qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 2 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.

Bakı şəhərində “Məhsul ixrac edən şirkətlərdə keyfiyyətin idarə edilməsi” mövzusunda keçirilən seminarda “F.H Oğulları” MMC-nin, “Sumqala Tikinti Təchizat” MMC-nin və “Ordubad Qənnadı Məmulatları” MMC-nin nümayəndələrinin, həmçinin 4 beynəlxalq tədbirdə 10 sahibkarlıq subyektinin iştirakı təmin edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: