Ailə, qadın və uşaq hüquqları qorunur

A- A A+

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, ötən ay ərzində Naxçıvan Muxtar Respublikasında “Dayanıqlı inkişaf üçün qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində “Maliyyə Savadlılığı” üzrə “Gələcəyini planlaşdır” mövzusunda 289 qadının iştirakı ilə  təlimlər keçirilib. Eləcə də Ümummilli lider Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda və “15 may – Beynəlxalq Ailə Günü” münasibətilə tədbirlər baş tutub. Yeniyetmə və gənclərin uzunömürlü ailələrlə  görüşü təşkil edilib, aztəminatlı, çoxuşaqlı ailələrə baş çəkilib, ailə üzvləri tibbi müayinədən keçirilib  və ehtiyaclarına uyğun köməklik göstərilib.

Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib, 7 ailənin evliliklərinin yubileyləri qeyd olunub.   

“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VI muxtar respublika müsabiqəsi təşkil edilib.

Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar Naxçıvan Biznes Mərkəzində “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda tədbirdə sahibkar qadınlar iştirak edib.  Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 3 uşaq müəssisəsində monitorinq keçirilib. Elektron məlumat bankına uşaqlar haqqında fərdi məlumatlar daxil olunub.

Babək rayon Nehrəm kənd 1 №-li tam orta məktəbdə sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması ilə bağlı müvafiq uşaqların valideynləri, məktəb direktoru və psixoloqları ilə görüş olub, ay ərzində valideyn himayəsindən məhrum olmuş 3 uşağın uçotu aparılıb.

“1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar silsilə tədbirlər baş tutub. Muxtar respublikanın bütün rayonlarında bayram tədbirləri təşkil olunub, 2018-2019-cu tədris ilində müvafiq rayon üzrə müxtəlif sahələrdə fərqlənən 89 uşaq Komitə tərəfindən fəxri fərman və hədiyyə ilə təltif edilib.

Muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası zamanı 10 litr qan toplanıb.

Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində və M. Füzuli adına Ordubad şəhər tam orta İnternat Məktəbində bayram tədbiri keçirilib, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, aztəminatlı ailədən olan 49 uşağa hədiyyələr təqdim olunub.

Muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud olan uşaqların muxtar respublikanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyası  təşkil edilib, həmçinin teatr tamaşaları göstərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: