Gənclər Məmməd Arazın ev muzeyini ziyarət ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənclərin “Naxçıvanı tanıyaq” devizi altında Şahbuz rayonuna ekskursiyası təşkil edilib.

Ekskursiya iştirakçıları əvvəlcə rayonun Tarix–Diyarşünaslıq Muzeyində olublar. Burada onlara muzeydə saxlanan eksponatlar, maddi mədəniyyət nümunələri, əlyazmalar haqqında məlumatlar verilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sonra tur-aksiya iştirakçıları Şahbuz rayonunun Nursu kəndində Xalq şairi Məmməd Arazın zəngin irsini əks etdirən muzeylə tanış olublar. Tanışlıq zamanı gənclərə xalq şairinin həyat və fəaliyyətini, yaradıcılıq yolunu özündə əks etdirən eksponatlar, xatirə şəkilləri haqqında maraqlı məlumatlar verilib.

         

Cahangir Mehdiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: