Ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu artır 

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Kəngərli rayonunda Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Kəngərli Rayon İcra Hakimiyyəti ilə. birgə bələdiyyələrin fəaliyyəti ..sahəsində maarifləndirmə tədbiri keçirilib. Tədbirdə yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu mövzusunda müzakirələr aparılıb. Mütəxəssislərin  çıxışlarından sonra seminar iştirakçılarının sualları ətraflı cavablandırılıb. Tədbir iştirakçılarına “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair” sənədlər toplusu və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı”na dair metodik vəsaitlər təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: