Sabah Azərbaycanda yay fəsli başlayacaq

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov jurnalistlərə bildirib ki, ölkəmizə yay fəsli iyunun 21-i saat 19:54-də daxil olacaq.

Sabah yay fəslinin daxil olması ilə yaz yekunlaşacaq. Xatırladaq ki, yaz fəsli ölkəmizə martın 21-i gecə saat 01:58-də daxil olmuşdu.

Qeyd edək ki, bu il sentyabrın 23-ü 11:50-də payız, dekabrın 22-si 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: