Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu “Azərbaycan Respublikasında kənd yerləri və regionların inkişafına dəstək proqramı”nın icrasına texniki yardım layihəsi çərçivəsində 9-17 iyun tarixlərində İspaniya Krallığının Madrid, Valensiya və Alikante şəhərlərində təlim keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşının da iştirak etdiyi təlimdə iştirakçılar İspaniya Krallığının kənd təsərrüfatı məhsullarının istehsal edildiyi müxtəlif müəssisə və koorperativlərdə istehsal prosesi ilə yaxından tanış olub və tətbiqi üsullarını öyrəniblər. Müxtəlif təyinatlı kənd təsrrüfatı məhsullarının yetişdirildiyi meyvə bağlarında yetişdirilən müxtəlif sort meyvə tinglərinin becərilməsi, qulluğu, suvarılması və aqrotexniki qaydalarla tanışlıq olub. Həmçinin istehsal edilən kənd təsərrüfatı məhsullarının satışı, marketinqi və realizə edilməsi prosesləri də iştirakçılara təlim müddətində öyrədilib.