Muzeyə sakinlər tərəfindən yeni eksponatlar təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə Ordubad rayonunun kənd sakinləri tərəfindən qədim tarix və mədəniyyətimizi əks etdirən küpə, mis məişət əşyaları, daş əmək alətləri, xurcun və digər nümunələrdən ibarət 50-dən çox eksponat təqdim edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası geniş vüsət aldığını qeyd edib. Tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni-yeni muzeylər istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib.

Diqqətə çatdırılıb ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır.

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov vətəndaşların bu təşəbbüsü ilə muzeyin ekspozosoyasının bir az da zənginləşəcəyini bildirib.

Eksponatları muzeyə təqdim edənlərdən Oruc Əliyev, Sevda Qulamova Fəlah Məmmədov bu gün muxtar respublikada maddi-mədəni irsimizin qorunub yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində davamlı tədbirlər həyata keçirildiyini qeyd ediblər.  Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

                                                                                       Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: