Bağlardan yığılan meyvələr hərbi hissələrə təhvil verilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində muxtar respublikanın nazirlik, idarə, müəssisə və təşkilatları tərəfindən meyvə bağlarından yığılan məhsulun bir hissəsi hərbi hissələrə təhvil verilir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə hərbi hissələrə göndərmək üçün meyvə bağlarından məhsul toplanılıb. Ümumilikdə 1 tondan artıq ərik, alma, alça Fövqəladə Hallar Nazirliyinin mülkü müdafiə alayına təhvil verilib.
Babək rayonunda da İcra Hakimiyyətinin təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatların kollektivləri tərəfindən rayondakı meyvə bağlarından, həyətyanı sahələrdən ümumilikdə 5 ton alma, ərik, gilənar, gilas və alça yığılaraq Naxçıvan şəhərindəki hərbi hissəyə təhvil verilib
Eyni zamanda Şərur rayonunda da idarə, müəssisə və təşkilatların kollektivləri tərəfindən yığılan 25 ton alma, ərik, alça, gilas, gilənar Naxçıvan şəhərindəki hərbi hissəyə təhvil verilib.
Kəngərli rayonunda da meyvə bağlarında toplanan 3,5 ton alma və ərik rayonda yerləşən hərbi hissəyə təhvil verilib.
Həmçinin Sədərək Rayon İcra Hakimiyyətinin kollektivi də rayon ərazisindəki meyvə bağlarından topladıqları 3.5 ton meyvəni rayon ərazisindəki hərbi hissəyə təhvil verib.
Culfa rayonunda da meyvə bağlarından toplanan 1 tondan artıq məhsul rayon ərazisindəki hərbi hissəyə təhvil verilib.
Cavid Səfərli