Qrelandiya buzlaqlarının əriməsi nəticəsində okeanın səviyyəsi 2100-cü ilə qədər 33 santimetr arta bilər

A- A A+

Qrelandiya buzlaqlarının əriməsi səbəbindən dünya okeanın səviyyəsi 2100-cü ilə qədər 5 santimetrdən 33 santimetrədək arta bilər. Yeri gəlmişkən, buzlaqların üçüncü minilliyin sonuna doğru tamamilə yoxa çıxacağı ehtimal olunur.

NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, bir qrup alimin “Science Advances” elmi jurnalında dərc olunmuş tədqiqatında belə deyilir.

Alimlər bildiriblər: “Biz aşkar etdik ki, Qrelandiya buzlaqları 2100-cü ilə qədər dəniz səviyyəsini 5 santimetrdən 33 santimetrədək artıra bilər ki, bu da buzlaqların 8 faizdən 45 faizədək azalmasına bərabərdir. Hesab edirik ki, parnik qazları tullantılarının əhəmiyyətli dərəcədə azalması baş verməsə, Qrenlandiya üçüncü minillik ərzində, çox güman, buz örtüyündən tamamilə azad olacaq”.

Alimlərin fikrincə, bu proqnozun qeyri-müəyyənliyi planetin iqliminin inkişaf ssenarisinin qeyri-müəyyənliyi ilə bağlıdır. Parnik qazları tullantılarının səviyyəsindən asılı olaraq buzlaqlar öz kütləsinin 8-100 faizini itirəcək.

Tədqiqatçılar bildiriblər: “Qrenlandiya buzlaqları dünya okeanı səviyyəsinin 7,2 metrinə bərabər sudan ibarətdir. Son onilliklər ərzində temperaturun artması buzlaqların əriməsi prosesini sürətləndirib. Bu buzlaqlar min il sonra indikindən tamamilə fərqli görünəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: