Muxtar respublikada torpaqlardan qanunsuz istifadə hallarının qarşısı alınır

A- A A+

Komitədən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan  Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə monitorinqlər davam etdirilir. Aparılan monitorinqlər zamanı Babək rayonunun Məzrə kəndində sakinlər tərəfindən qeyri qanuni istifadə faktları aşkar olunub. Kənd sakinləri tərəfindən qanunsuz istifadə edilən torpaq sahələrinin metal çəpərləri sökülərək əvvəlki vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, Babək rayonunun Məzrə kəndində may-iyun aylarında aparılmış monitorinqlər nəticəsində 41 fiziki şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid 2,4 ha torpaq sahəsinin zəbt olunması aşkar olunub. Bu cür halların aradan qaldırılması məqsədi ilə sakinlərə torpaq qanunvericiliyinin tələbləri izah edilib, maarifləndirmə işi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: