Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin əməkdaşları..Sədərək rayonunda bələdiyyələrlə keçirilən görüş zamanı qanunvericiliyin tələbləri, bələdiyyə torpaqlarının icarəyə verilməsi və bələdiyyə mülkiyyətinin idarə olunması barədə məlumatlar verilib, əməkdaşlar tərəfindən bələdiyyələrin sənədləşmə işlərinə baxış keçirilib.
Yol verilən nöqsanlar barədə aktlar tərtib edilib, onların aradan qaldırılması üçün metodiki köməklik göstərilib. Bələdiyyə qurumlarında qeydə alınma kitabları, bələdiyyə iclaslarının protokollaşdırılması və qəbul edilən qərarların ayrılıqda tətbiq olunması, vətəndaşların şifahi və yazılı müraciətlərinin qəbul edilməsi və daxil olduğu gün qeydiyyat-nəzarət vərəqəsində qeydiyyata alınması, ərizələrin və verilən arayışların sürətlərinin saxlanılması, vergi ödəyicilərinə göndərilən tədiyə bildirişlərinin qeydə alınma kitabının işlənilməsi, maliyyə sənədləşməsinin aparılması və digər sahələr üzrə bələdiyyə üzvlərinə tövsiyyə və tapşırıqlar verilib.
Sonda bələdiyyə sədrlərinə “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair” sənədlər toplusu və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı” na dair metodik vəsaitlər təqdim olunub.