Sağlamlıq imkanları məhdud şəxslər üçün surto-tərcümə vasitəsilə film nümayiş olunub

A- A A+

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin asudə vaxtının səmərəli təşkili, onların sərbəst yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər davam etdirilir. 

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin kinozalında “Şərikli çörək” filminin eşitmə və danışma qabiliyyəti məhdud şəxslər üçün surdo-tərcümə vasitəsilə nümayişi təşkil olunub.

Qeyd edək ki, surdo-tərcümənin təşkil edilməsində əsas məqsəd  proqramın mətninin jest dili əsasında eşitmə və danışma qabiliyyəti məhdud tamaşaçılara çatdırılmasından ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: