Məhkəmə statistikası mövzusunda seminar olub

A- A A+

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, .2019-cu ilin birinci yarımilinin başa çatması, məhkəmə fəaliyyətinə dair.statistik.hesabatların tərtib edilməsi məqsədilə məhkəmə işçiləri üçün Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında .seminar keçirilib. Seminarda Naxçıvan Muxtar Respublikası Ədliyyə.Nazirliyinin və muxtar respublikanın birinci instansiya məhkəmələrinin statistika sahəsində məsul..əməkdaşları iştirak ediblər.

Seminarda məhkəmə fəaliyyətinə dair statistik hesabat formaları ..barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məhkəmə fəaliyyətinə dair statistik hesabatlar ildə iki dəfə birinci və ikinci yarımilin sonunda tərtib edilir. Seminarda nazirliyin əməkdaşları tərəfindən məhkəmə işçilərinə statistik hesabatların işlənməsi qaydaları izah edilib, lazımi tövsiyələr verilib.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və məhkəmələrə statistik hesabat formaları təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: