Qafqazda Ön Asiya bəbirlərinin populyasiyasının bərpası 20-25 il davam edə bilər

A- A A+

Qafqazda Ön Asiya bəbirlərinin populyasiyasının bərpa prosesi 20-25 il davam edə bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə Qafqaz Dövlət Biosfer Qoruğunun elmi işçisi Anatoli Kudaktin bildirib. Onun sözlərinə görə, təbiətdə 25 cütlük olduqda, populyasiya bərpa edilmiş sayılır. Hazırda Qafqaz qoruğunun ərazisində iki, Şimali Qafqazın vəhşi təbiətində isə üç Ön Asiya bəbiri var.

XX əsrin ortalarına kimi Qafqazda bəbirlər geniş yayılmışdılar. Lakin sonradan onların sayı kəskin azalmağa başlayıb. Müasir dövrdə bəbirlərin populyasiyasının Qafqazda bərpası üzrə xüsusi proqram hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi Qafqazda Bəbirlərin Bərpası Mərkəzi ilə bu sahədə geniş əməkdaşlıq edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: