“Xalq Yaradıcılığı Günü” maraqla qarşılanıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamı muxtar respublikada milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından böyük dövlət qayğısının parlaq ifadəsidir. Sərəncama əsasən, muxtar respublikamızda maraqlı tədbirlərin keçirilməsi davamlı xarakter alıb. Bu tədbirlərin davamı olaraq iyunun 18-də Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə açıq havada növbəti “Xalq yaradıcılı günü” keçirilib.

Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri, eləcə də klub müəssisələrinin əməkdaşları “Dili dili”, “Qara qaşın məsvəsi”, “Hər yetən gözələ gözəl demərəm” xalq mahnılarını, “Bayatı şiraz təsnifi” və “Arazbarı” ritmik muğamlarını, “Tərəkəmə” və “Nazeləmə” rəqslərini, “Kərəm gözəlləməsi”, “Gözəlləmə”, “Qəhrəmanı” aşıq havalarını, “Cəngi”, “Azərbaycan ritmləri” kimi milli musiqi nömrələrini ifa ediblər.

İfalar dinləyicilər tərəfindən maraqla qarşılanıb.

“Xalq yaradıcılığı günü”ndə klub müəssisələrindəki toxuculuq dərnəyi üzvlərinin toxuma sənətinə aid nümunələri də nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin

 mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: