Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.
İyunun 24-dən 26-dək Günəş fəallığı çox aşağı səviyyədə olacaq.
Günəş küləyi parametrləri üçün normal şərait davam edəcək. Geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranma ehtimalı 5 faizdən aşağı qiymətləndirilir.