İcra hakimiyyətlərinin işçiləri üçün distant təlim olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda distant təlim keçirilib.

Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birbaşa canlı yayım vasitəsilə həyata keçirilib. Təlimi Akademiyanın rektoru, akademik Urxan Ələkbərov aparıb.         

Akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının müstəqillik qazandıqdan sonra əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs edib. Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkəmizdə uğurla davam və inkişaf etdirilir. Azərbaycanda həyata keçirilən məqsədyönlü, iqtisadi siyasət dünyanın mötəbər təşkilatları tərəfindən yüksək qiymətləndirilir və bu sahədə Azərbaycan təcrübəsi öyrənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müasir tələblərə uyğun kurs, seminar, treninq, səyyar məşğələlər təşkil edir.

Distant təlimdə Naxçıvan şəhər və rayonların icra hakimiyyəti aparatlarının sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçiləri  iştirak ediblər.

 

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: