Valideyn himayəsindən məhrum uşaqlara baş çəkilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri, Əzizbəyov küçəsi ev 11 ünvanında yaşayan valideyn himayəsindən məhrum uşaqlara baş çəkilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, uşaqlarla görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildiriblər ki, dövlətimiz tərəfindən valideyn himayəsindən məhrum olan uşaqlara daim diqqət və qayğı göstərilir. Muxtar respublikada bütün uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial təminatlarının gücləndirilməsi, təhsil alaraq layiqli vətəndaş kimi böyüməsi, asudə vaxtlarının səmərəli təşkil olunması, sağlamlıqlarının qorunması istiqamətində  ardıcıl olaraq tədbirlər həyata keçirilir, onlarla vaxtaşırı görüşlər təşkil edilir, maddi və mənəvi cəhətdən dəstək göstərilir.

Sonra valideyn himayəsindən məhrum uşaqların yaşayış şəraiti ilə maraqlanılıb, onlara səyyari tibbi xidmət göstərilib, ərzaq payı və ehtiyaclarına uyğun geyim dəsti verilib.

Sonda valideyn himayəsindən məhrum Aytən Abbasova dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: