Gənclər muzey və tarixi abidələrlə tanış olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclərin Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə, rayondakı Yengicə Şərq hamamına və Parçı imamzadəsinə ekskursiyası təşkil olunub.
Gənclər əvvəlcə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyini gəziblər. Burada onlara muzey barədə məlumat verilib.
Sonra gənclər rayonun Yengicə kəndindəki XVIII əsrə aid Şərq hamamı ilə tanış olublar. Gənclərə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə Yengicə hamamında bərpa işlərinə 2017-ci ildə başlanıb və 2018-ci ildə yekunlaşıb.
Həmçinin Xanlıqlar kəndində olan gənclərə Parçı imamzadəsi haqqında geniş məlumat verilib. Bildirilib ki, bu tarixi abidə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2016-cı ildə bərpa olunub.
Əli Rzayev