Naxçıvan şəhər bələdiyyələri üçün maarifləndirici tədbir

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu” mövzusunda seminar keçirilib.

Naxçıvan şəhər bələdiyyələri üçün təşkil edilən seminarda yerli özünüidarə sahəsində qanunvericiliyin təmin edilməsi və ailə təsərrüfatları ilə bələdiyyələrin qarşılıqlı münasibətləri, bələdiyyələrin statusu, bələdiyyə torpaqlarının icarəyə verilməsi məsələləri ilə bağlı qanunverciliyin tələbləri mövzusunda çıxışlar olub.

Seminarın sonunda verilən suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb, tədbir iştirakçılarına “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu” və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı”na dair metodiki vəsaitləri təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: