Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Şərur rayonunda “Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda maarifləndirmə seminarı təşkil edilib. Ədliyyə Nazirliyinin Şərur Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi seminar Şərur rayonunda inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə keçirilib.
Seminarda vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması qaydası barədə məlumat verilib. O da qeyd olunub ki, bu proses zamanı notariat hərəkətləri aparılarkən qəbul edilmiş dövlət rüsumu əməliyyatları icra edən qeydiyyat şöbələrinin rəisləri və icra nümayəndəlikləri tərəfindən 2 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.
Seminarda mövzu ilə bağlı ətraflı çıxışlar olub.