Naxçıvan şəhərində növbəti yarmarka keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda kənd təsərrüfatı və yerli istehsal məhsullarının növbəti satış yarmarkası keçirilib.
Naxçıvan şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkada mövsümə uyğun ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsullar üstünlük təşkil edib. Qiymətlər digər bazar və ticarət şəbəkələrinə nisbətən 10-20 faiz ucuzdur. Yarmarkaya 500-dən artıq torpaq mülkiyyətçisi ümumilikdə 35 tona yaxın məhsul gətirib. 25 istehsal müəssisəsindən isə 85 adda 250 çeşiddə yerli istehsal məhsullar çıxarılıb.
Röyal Kərimov