Komitə əməkdaşları üçün qısamüddətli təlim təşkil edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq  Məsələləri üzrə Dövlət Komitəsində “Torpaqların idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti” mövzusunda təlim keçirilib.

Təlimdə  Daşınmaz Əmlak və Torpaq  Məsələləri üzrə Dövlət Komitəsinin rayon, şəhər idarələrinin əməkdaşları iştirak edib. 

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq  Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə bildirib ki, komitənin bəzi rayon və şəhər idarələrində torpaqların idarə edilməsi ilə bağlı  nöqsanlar aşkar edilib. Təlimin keçirilməsində məqsəd  bu sahədə çatışmazlıqları aradan qaldırmaq,  əməkdaşların  bilik və bacarıqlarını inkişaf etdirməkdir .

Təlimdə komitənin  torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyev yer quruluşu, torpaq ehtiyatından  istifadə və geodeziya, xəritəçəkmə işləri  sektorunun müdiri Oqtay Məmmədov, torpaq kadastr və qeydiyyat sektorunun aparıcı  məsləhətçisi Samir Əkbərov mövzu ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib  ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Özbaşına tutulmuş  torpaq sahələrindən qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaq qanunvericiliyini pozan vəzifəli, fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulub.

Təlimdə iştirakçılara torpaqların idarə edilməsinin əsasları, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti, torpaq sahəsinin plan və ölçüsünün hazırlanması qaydaları slaydlar vasitəsi ilə  izah olunub.

 

                                                                 Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: