Ötən ay Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsi tərəfindən torpaqlardan səmərəli istifadə olunması, onların mühafizəsi, daşınmaz əmlakın inventarlaşdırılması, hüquqların dövlət qeydiyyatına alınması sahəsində bir sıra işlər görülüb.
Ay ərzində vətəndaşların müraciətləri ilə əlaqədar 26 texniki pasport hazırlanıb. Bunlardan 26-sı ilkin texniki pasport olub. Hazırlanan texniki pasportlardan 25-i fərdi yaşayış evinə, 1-i isə qeyri-yaşayış binasına aiddir. Bundan başqa, ay ərzində 62 ədəd torpaq sahəsinin planı və ölçüsü hazırlanıb. Bunlardan 44-ü ilkin, 18-i isə təkrar plan ölçüsü olub. 10 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə edilib.
Daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması, dövlət reyestrindən çıxarışların verilməsi üçün 85, əmlakın yüklülüyünə dair “forma -1” üzrə 47 ərizə qəbul edilib ,hüquqi sənədlər İdarə tərəfindən ilkin olaraq yoxlanılıb və qeydiyyata alınması üçün Komitənin mərkəzi aparatına təqdim olunaraq qanuni həll olunub.
Hesabat dövrü ərzində 2 fərdi yaşayış evinin bazar dəyərinə uyğun qiymətləndirilməsi aparılıb. Eyni zamanda ay ərzində texniki pasportların və “forma-1” arayışların hazırlanması zamanı 45 müayinə aktı tərtib olunub. Əmlakın olub-olmamasına dair İdarə tərəfindən 6 arayış verilib. Ödənişli və satışa verilmiş torpaq sahələrinin sənədləşməsi üçün İdarə tərəfindən 22 rəy verilib.
“Şərqin səhəri” qəzeti