Babək Rayon Məşğulluq Mərkəzində mühüm fəaliyyət sahəsi olan işaxtaran vətəndaşların əmək fəaliyyətinə cəlb olunması diqqət mərkəzində saxlanılır. Belə ki, 2019-cu ilin 5 ayı ərzində rayon Məşğulluq Mərkəzi tərəfindən 157 işaxtaran vətəndaş qeydiyyata alınıb. Qeydiyyata alınan işaxtaran vətəndaşlardan 27-si peşə hazırlığı kursuna cəlb olunub. 163 işaxtaran vətəndaş iqtisadiyyatın müxtəlif sahələrində işə düzəlib.
Babək rayonu üzrə Ünvanlı Sosial Yardım alan vətəndaşların özünüməşğulluqlarını təmin etmək məqsədilə 4 aztəminatlı ailəyə yanıbalalı iribuynuzlu heyvan verilib. Özünüməşğulluq proqramına cəlb edilmiş vətəndaşlardan 13 nəfərinə verilən aktivlər onların öz mülkiyyətinə verilib.
“Şərqin səhəri” qəzeti