Babək rayonunun sosial-iqtisadi inkişafı

A- A A+

2019-cu ilin yanvar-may aylarında Babək rayonunda 54 milyon 16 min 900 manat dəyərində sənaye məhsulu istehsal edilib. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

İnfrastruktur quruculuğu çərçivəsində isə bu dövrdə rayonda bütün maliyyə mənbələrindən əsas kapitala   17 milyon 121 min 400 manat vəsait yönəldilib. Əsas kapitala yönəldilən vəsaitin 16 milyon 519 min 100 manatı və ya 96,5 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

İlin ilk beş ayında 7 milyon 781 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 2,6 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 975 ton, süd istehsalı isə 6045 ton olub. Ötən  ilin yanvar-may ayları ilə müqayisədə ət istehsalı 2,5 faiz, süd istehsalı isə 2 faiz artıb.

2019-cu ilin yanvar-aprel aylarında Babək rayonunda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 425,4 manat təşkil edib və bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artıb.

 

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: