Birinci çalın yekunlaşır

A- A A+

                            

Mal-qaranın qaba yemə olan tələbatının təmin olunması üçün Şərur rayonunda  təbii otlaqlar, biçənəklər və çoxillik yem sahələri kifayət qədərdir. Bu ilin yazında da müxtəlif kəndlərdə xeyli çoxillik yem bitkiləri əkilib.

Mövcud mal-qaranın bir hissəsinin yay fəslində yaylaqlara köçürülməsini də nəzərə alsaq, belə qənaət yaranır ki, inək və camışların, qoyun və keçilərin normal bəslənməsi, onlardan istənilən məhsuldarlığın əldə edilməsi üçün elə bir ciddi problem yoxdur.

Məlumdur ki, ilin soyuq fəsilləri üçün bol yem ehtiyatının yaradılması heyvandarlıqda mühüm şərtlərdəndir. Kiçik sahibkarlar və fermerlər bu məsələyə həmişə olduğu kimi, bu il də xüsusi önəm verirlər. Hazırda çoxillik yem bitkiləri sahələrində birinci çalın davam edir. Mütəxəssislərin qənaəti belədir ki, məhsul yaxşıdır, sahələrdən əldə olunan ot-yonca kiplərinin sayı əvvəlki ildəkilərdən heç də az deyil. Bu da onu göstərir ki, qarşıdakı qış mövsümündə də mal-qara üçün kifayət qədər yem ehtiyatı yaratmaq mümkün olacaqdır.

Qeyd edək ki, məhsul sahədən yığışdırılan kimi suvarma aparılır. Məqsəd ondan ibarətdir ki, payıza kimi əlavə olaraq bir neçə dəfə biçin keçirmək mümkün olsun.

                                                                             «Şərurun səsi»  qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: