Daşınmaz əmlakla bağlı vətəndaş müraciətləri operativ həll edilir

A- A A+

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsi tərəfindən 2019-cu ilin may ayında da vətəndaşların müraciətlərinin operativ həlli diqqətdə saxlanılıb.

Müraciətlər əsasında 4 fərdi yaşayış evinə 2 mənzilə məxsus texniki pasport hazırlanıb.

Plan-ölçünün hazırlanması üçün 15, hüquqların dövlət qeydiyyatına alınması üçün 24 müraciətə baxılıb. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 6 müayinə aktı yazılıb. Məhdudiyyət  və yüklülüyə dair 25 arayış, 6 sosial arayış verilib.

5 vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Kolanı kəndində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim edilib. 

Elçin Tarverdiyev

DƏTMDK Şahbuz rayon idarəsi

“Oğuz səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: