2019-cu ilin yanvar-may aylarında Şahbuz rayonunda 5 milyon 79 min 300 manatlıq, yaxud 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal olunub.
Həmin dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyon 942 min 100 manat və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 2 faiz artaraq 6 milyon 357 min 900 manat təşkil edib.
Rayonda iyun ayının 1-dək 1210 hektar sahədə yazlıq bitkilər əkilib. Əkin sahəsinin 420 hektarını dənli və dənli paxlalılar (qarğıdalısız), 1 hektarını dən üçün qarğıdalı, 6 hektarını dən üçün günəbaxan, 434 hektarını kartof, 160 hektarını tərəvəz, 9 hektarını ərzaq üçün bostan bitkiləri, 139 hektarını cari ilin çoxillik otları, 41 hektarını birillik otlar təşkil edir.
2019-cu ilin yanvar-may aylarında rayonda diri çəkidə 1214 ton ət, 6235 ton süd, 6 milyon 978 min 600 ədəd yumurta istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,9 faiz, süd istehsalı 2 faiz, yumurta itehsalı 1 faiz artıb.
Şahbuz rayonunun kənd və balıqçılıq təsərrüfatlarında 7 milyon 481 min 800 manatlıq məhsul istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 2 faiz çoxdur.
“Oğuz səsi” qəzeti