Ət otunun bilmədiyiniz faydaları

A- A A+

Ət otu (mayoran) mətbəxdə ən tez-tez istifadə olunan ədviyyatlardan biridir.

NUHÇIXAN bildirir ki, yeməklərə xoş dad bəxş edən bu ot həm də çox güclü müalicəvi xüsusiyyətlərə malikdir.

-Ət otu ürək və damarları möhkəmləndirir, damarları genişləndirir və bununla da arterial təzyiqi tənzimləməyə kömək edir, hipertoniyanın inkişafı riskini azaldır. Bu ot ümumiyyətlə bütün ürək-damar sistemində gərginliyi azaldır, infarkt və insultun qarşısını alır. Həmçinin mayoran qanda xolesterinin səviyyəsini də aşağı salır. 

-Qanda şəkərin səviyyəsini tənzimləməyə yardım edir.

-Çox yaxşı sakitləşdirici və depressiya əleyhinə xüsusiyyətləri var. Mayoran əhvalı yaxşılaşdırır, stresi və həyacanı azaldır, yuxusuzluqla mübarizə edir.

-Ət otundan istifadə gözdə yağla bağlı olan patoloji dəyişikliklərin qarşısını alır.

-Mayoran çox yaxşı iltihab əleyhinə xüsusiyyətlərə malikdir, bəlğəmgətirici təsir edir, nəfəs yolları selikdən və mikroblardan təmizləyir, siqaret çəkən insanlar üçün faydalıdır. Ət otu astma və xroniki öskürək zamanı çox təsirlidir.

-Mədə-bağırsaq sistemi üçün xüsusilə faydalıdır - həzm proseslərini yaxşılaşdırır, qəbizlik, köp, mədə sancısı kimi pozulmalarda kömək edir, bağırsaqlarda mikrobları öldürür.

-Piylərin parçalanmasını sürətləndirərək arıqlamağa da yardım edir.

-Mayoran böyrək və sidiki kisəsi üçün ən faydalı otlardan biridir - sidikqovucu təsir edir, böyrək və sidik kisəsini duzlardan təmizləyir, daşların əmələ gəlməsinin qarşısnı alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: