“Saat Meydanı” turistik istirahət mərkəzində konsert proqramı təşkil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri “Saat Meydanı” turistik istirahət mərkəzində konsert proqramı təşkil olunub.
Konsert Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun “Ana yurdum” yallısının ifası ilə başlayıb.
Sonra Əməkdar artistlər Gülyanaq Fərzəliyeva, Azər Cəfərov və Naxçıvan Dövlət Filarmoniyasının solistləri yerli və xarici bəstəkarların mahnılarını səsləndiriblər.
Həmçinin konsertdə peşəkar musiqiçilərlə yanaşı gənclərdən ibarət “Qrup Akustik”, “Əcəmi” İnstrumental Ansamblı, “Crazy youngs” qruplarının ifasında da musiqi nömrələri və rəqslər təqdim olunub.
Qeyd edək ki, "Gənclik səhnəsi" layihəsi çərçivəsində keçirilən konsertin məqsədi gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunaraq cəmiyyətə tanıdılması, gənclərin böyük səhnələrə inteqrasiyası üçün şərait yaratmaqdır.
Nurlan Sadiqov