Sirab mineral suyunun ixrac potensialı artıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Babək Sirab Açıq Səhəmdar Cəmiyyəti muxtar respublika əhalisinin mineral suya olan təlabatını tam ödəməklə yanaşı, Bakı şəhərinə qazlı və qazsız mineral su göndərir, həmçinin bir sıra xarici ölkələrə məhsul ixrac edir.
Havaların istiləşməsi ilə əlaqədar suya tələbat artıb. Ona görə də müəssisədə işçilərin sayı 115-dən 148 nəfərə çatdırılıb, ikinövbəli iş rejminə keçilib. Bunun nəticəsidir ki, Sirab mineral suyun istehsalı da artıb. Son bir ayda müəssisədə 1 milyon 196 min manat həcmində qazlı və qazsız mineral su istehsal edilib.
Minerallarla zəngin olan Sirab Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı Rusiya, Türkiyə, Qətər, Küveyt və Baltikyanı ölkələrə də ixrac olunur. Təkcə iyun ayında müəssisə tərəfindən 120 min manat dəyərində mineral su xarici ölkələrə ixrac olunub. Müəssisədə istehsal prosesi İSO standartlarında keyfiyyətli idarəetmə sisteminin tələblərinə uyğun şəkildə idarə olunur. Sirab muxtar respublikamızın iqtisadiyyatında mühüm rol oynamaqla bərabər həm də qədim diyarımızı dünyada tanıdır.
Məhəmməd Fərəcov