Batabatın mərcan gözü- Zorbulaq - VİDEO
Dünyanın harasını gəzirsən gəz Şahbuz rayonunun Batabat cazibədarlığını hec harda görə bilməzsən. Yayın yandırıcı istisindən yaxa qurtarıb bura gələnlər Batabatın sehrinə düşür, füsunkarlığından doymurlar. Bu füsunkarlığı yaradan təkcə Batabatın hərəsi bir rəngə çalan gül dənizi deyil, həm də yayın istisində dişgöynədən bulaqları, dumduru sularıdır. Ən əsası da məşhur Zorbulaq insan ruhuna və sağlamlaığına əvəzsiz bir qidadır.
Naxçıvan televiziyasının əməkdaşları Batabat və Zorbulaqla bağlı reportaj hazırlayıblar.
NUHÇIXAN həmin videomaterialı təqdim edir: