Naxçıvan Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan Beynəlxalq Hava Limanında 2019-cu ilin birinci yarısının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.  Hava Limanının direktoru Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanında vətəndaşlara xidmətin nümunəvi təşkili məqsədilə uçuşların və aviasiya təhlükəsizliyinin, yerüstü vasitələrin, xidmətlərin beynəlxalq standartlara, o cümlədən, beynəlxalq təcrübəyə uyğunlaşdırıldığını  bildirib.

2019-cu ilin ilk yarısında Şahbuz şəhərində müasir aviakassa binası istifadəyə verilib. Binada ən yeni texnoloji avadanlıqlar quraşdırılıb, qabaqcıl idarəetmə sistemi yaradılıb.

İlin ilk yarısında Hava Limanında köhnə asfalt örtüklü uçuş-enmə zolağınının yenidən qurulması və tikinti işlərinə başlanılıb. Enmə sistemləri, işıq-siqnal sistemi, yan təhlükəsizlik, son tormozlama zolaqları, metereoloji avadanlıqlar və sair qurğularla təmin olunması nəzərdə tutulan, uzunluğu 3300, eni 45 metr olan uçuş-enmə zolağının 2019-cu ilin  ikinci yarısında  təhvil veilməsi nəzərdə tutulub.

Muxtar respublika ərazisində mövcud olan aeroportun maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalın fəaliyyətinin müasir səviyyəyə çatdırılması istiqamətində görülən işlərin ardıcıl və sistemli xarakter aldığı bildirilib.  

Hava gəmilərinə xidmətin  səviyyəsinin beynəlxalq  tələblərə uyğunlaşdırması istiqamətində xüsusi avtonəqliyyat xidmətinə ən müasir və modern maşın-mexanizmlərinin  alınıb istismara verilməsi prosesi bu ilin ilk yarısında da davam etdirilib. Sərnişinlərin qeydiyyat presesinin sürətləndirilməsi üçün  SİTA qeydiyyat proqramı daha müasir beynəlxalq standarlara cavab verən Amadeus proqramı ilə əvəz olunub. Aviasiya və uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində ayrı-ayrı xidmət sahələrinin maddi-texniki bazası möhkəmləndirilib.

2019-cu ilin ilk yarım ili ərzində yerli hava xətti ilə  980 reys, beynəlxalq istiqamətllərdə isə 70 reys həyata keçirilib. Yerli hava xətti ilə 132 min, Beynəlxalq hava xətti ilə 3620 sərnişin daşınıb.

Məruzə ətrafında müzakirələrdə Uçuşların Elektrik-İşıq Texniki Təminat xidmətinin rəisi İlham Hüseynov, İstilik və Sanitariya Texnikası ilə Təchizat  xidmətinin rəisi Arzu Qulamov, Aerodrom Təminatı Sahəsinin rəisi Həmzə Həmzəli, Aviasiya Təhlükəsizlik xidmətinin rəisi Nurbəxş İsmayılzadə və Texnoloji Avadanlıqların İstismarı və Təmiri sahəsinin rəisi Vahid Vəlizadə cari ilin birinci yarısı ərzində görülən işlər barədə məlumat veriblər.

İclasın sonunda Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli cari ilin ikinci yarısı ərzində görüləcək işlərdən və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının qarşıya qoyduğu vəzifələrdən danışıb.

 

                                                                  Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: