Avropa İttifaqı birdəfəlik plastik qablara qarşıdır

A- A A+

Avropa Komissiyası plastikdən hazırlanmış birdəfəlik qabların bəzilərinə qadağa qoymağı və faktik olaraq, təkrar emalı mümkün olmayan plastik tullantılara görə Avropa İttifaqına üzv ölkələri cərimələməyi planlaşdırır. Almaniyanın “Funke Mediengruppe” mediaşirkətinin nəşrləri Avropa Komissiyasının bu gün Brüsseldə təqdim etmək niyyətində olduğu plastik tullantılarla mübarizə tədbirləri paketinə istinadən bunu bildirirlər.

NUHÇIXAN xəbər verir ki, sənəd layihəsinə əsasən, qadağa plastikdən olan birdəfəlik qablara aid edilməlidir. KİV-lər bildirirlər ki, bu qabların alternativini asanlıqla və münasib qiymətə əldə etmək mümkündür. Söhbət əsasən birdəfəlik qablar, masaüstü dəstlər, içki üçün boruşəkilli çöplər, pambıq çöplər və hava şarları üçün plastik bərkitmələrdən gedir. Bundan başqa, qəlyanaltıxanalardan alınıb aparılan qidalar üçün plastik qablaşdırmaların istifadəsini məhdudlaşdırmaq da planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: