Vladislav Kanevskinin muxtar respublikaya səfəri başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb. Səfər çərçivəsində Gülüstan türbəsini ziyarət edən diplomata  XII əsrə aid dünya əhəmiyyətli, orijinal monumental xatirə abidəsi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki,  memarlıq quruluşuna görə türbətipli digər abidələrdən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Səfir Vladislav Kanevski “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində də olub. Məlumat verilib ki, bu ziyarətgah Nəhəcir dağının yaxınlığında yerləşən təbii mağaradır. Ərəb dilində bu yerin tərcüməsi “mağara sakinləri” mənasını ifadə edir. Bildirilib ki, yerli sakinlərlə yanaşı, Azərbaycanın digər regionlarından və xarici ölkələrdən gələn  zəvvarlar, turistlər və qonaqlar da buranı müntəzəm olaraq ziyarət edirlər.

Muxtar respublikanın istehsal müəssisələri ilə tanış olan səfir Naxçıvan Günəş Elektrik Stansiyasını gəzib.  Məlumat verilib ki, Günəş Elektrik Stansiyası Naxçıvanın enerji resurslarının bərabər paylanılmasında və şəbəkələrin həddən artıq yüklənməsinin qarşısının alınmasında çox əlverişlidir.

Səfər çərçivəsində Batabatda olan qonaq buradakı göllərlə maraqlanıb. Səfirin diqqətinə çatdırılıb ki, məşhur “Üzən ada” və “Zorbulaq” da burada yerləşir. Qonaq ailəsi ilə birlikdə təbiətin qoynunda şəkillər çəkdirib. Eyni zamanda yaylaqda satışı həyata keçirilən dərman bitkilərindən  və məşhur Batabat balından  da alıb. Batabat yaylağında muxtar respublikanın təbiətinin  ecazkarlığını vurğulayıb.

Ukraynalı diplomat Uzunoba çimərliyinə də gedib, yaradılan şəraitlə yaxından maraqlanıb. 

                                                                                  Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: