Müvəkkilin (Ombudsmanın) mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ombudsman təsisatında 2019-cu ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
Yığıncaqda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlərin 2019-cu ilin birinci yarısında da uğurla davam etdirildiyini bildirib.
Müvəkkilə ünvanlanan hər bir müraciət araşdırılıb, aid qurumlara sorğular göndərilib və şifahi qəbul zamanı ərizəçilərə hüquqi məsləhətlər verilib. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olan müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılıb və daxil olan bütün müraciətlər vaxtında araşdırılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova iclasa yekun vuraraq təsisat tərəfindən insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlərin daim diqqət mərkəzində saxlanılacağını, bu sahədə səmərəli hüquqi mexanizmlərin tətbiqinin bundan sonra da davam etdiriləcəyini bildirib.