Azərbaycanın dövlət himni beynəlxalq mahnı müsabiqəsi iştirakçılarının ifasında - VİDEO - VİDEO
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə “Cümhuriyyətimiz 100 yaşında” adlı klip hazırlanıb.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə hazırlanan klipdə “Youthvision-2018” mahnı müsabiqəsinin yerli və əcnəbi iştirakçıları Azərbaycan Respublikasının dövlət himnini ifa ediblər.
Sosial şəbəkələrdə yerləşdirilən klip böyük maraqla qarşılanıb.
Xatırladaq ki, ATGTİ-nin təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən “Youthvision-2018” mahnı müsabiqəsində 30-a yaxın ölkədən 60-dək gənc iştirak edib.