Bəxtiyar Əsgərov rəsmi tədbirdə iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, İyulun 4-də Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın ölkəmizdəki səfirliyinin, AMEA Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi ilə iki ölkənin arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini özündə əks etdirən Fransa-Azərbaycan arxeoloji qazıntılarının 10 illiyinə həsr olunan sərgi açılıb. Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri xanım Orelia Buşezin dəvətilə açılış mərasimində iştirak edib.
Sərgidə 10 il ərzində iki ölkənin arxeoloqlarının apardığı birgə tədqiqatlar nəticəsində Naxçıvan Muxtar Respublikası, Lənkəran, Lerik,Tovuz və Ağstafa rayonlarının ərazisindən əldə olunmuş, dünya arxeologiyası üçün böyük əhəmiyyət kəsb edən nadir tapıntılar nümayiş etdirilir.