Tanınmış turizm saytında Duzdağla bağlı video yayımlanıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, tanımış TravolMisch turizm şirkətinin youtube səhifəsində Naxçıvanla bağlı videomaterial yerləşdirilib. Videonun əvvəlində Naxçıvan mətbəxini özündə əks etdirən  qısa görüntülər yer alıb. Sonra videonun  müəllifi olan xanım Naxçıvanın tanınmış müalicə və turizm mərkəzi sayılan Duzdağ Fizioterapiya Mərkəzi haqqında öz təəsüratlarını bölüşür.

Yerli turizm şirkətinin təmsilçisi sağlamlıq mərkəzi ilə bağlı ona ingilis dilində geniş məlumat verir. Duzdağın yeraltı mənzərəsinə, buradakı təmiz havaya heyran qalan xanım: “Əgər vaxtım olsaydı, burada uzun müddət qalardım”,- deyir. Duzdağdan  sonra isə növbəti hədəfin Əshabi-kəhf ziyarətgahı olacağı qeyd edilir. Xanım səfərdən hazırlanan digər videoları da tezliklə yayımlayacağını yazır. Videoya baxan izləyicilər də öz rəylərində  səyahətin çox möhtəşəm və maraqlı bir yerə olduğunu qeyd ediblər. 

Videonu bu linkdən izləyə bilərsiniz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: