Fazil Ələkbərov şəxsi heyəti təbrik edib - FOTOLAR

A- A A+

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın taleyində oynadığı roldan danışılıb. Vurğulanıb ki, 23 ay yaşamasına baxmayaraq Xalq Cümhuriyyətinin dövründə ilk milli ordumuzun da yaradılmasına nail olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili işlər Naziri general-mayor Fazil Ələkbərovun təbrik məktubu şəxsi heyətə çatdırılıb.

Tədbirdə o da vurğulanıb ki, dövlət müstəqilliyini və suverinliyini əldə etmək kifayət deyil, həm də onu qorumaq lazımdır. İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət və qazanılan uğurlar müstəqilliyimizi daha da möhkəmləndirir.

Sonda Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyəti Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən sənədli filmə baxıblar.

Mətin Abbaslı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: