Naxçıvan şəhərində kənd təsərrüfatı və yerli istehsal məhsullarının növbəti satış yarmarkası keçirilib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda ekoloji cəhətdən təmiz və keyfiyyətli kənd təsərrüfatı və yerli istehsal məhsullarının növbəti satış yarmarkası keçirilib.
Yarmarkaya 500-dən artıq torpaq mülkiyyətçisi ümumilikdə 35 tona yaxın məhsul çıxarıb. 25 istehsal müəssisəsindən isə 85 adda 250 çeşiddə yerli istehsal məhsulları alıcılara təklif olunub.
Təşkil olunan yarmarkada satılan məhsullar digər ticarət şəbəkələrinə nisbətən 15-20 faiz ucuz olub. Yarmarkada kartofun kiloqramını 50-70 qəpiyə, pomidoru 1 manata, xiyar və kələmi 50 qəpiyə, soğanı isə 80-90 qəpiyə almaq mümkündür.
Yarmarkaya təkcə kənd təsərrüfatı məhsulları deyil, özəl istehsal müəssisələrinin məhsulları da çıxarılıb.
Mədinə Rəhimli