Hərbi Prokurorluq hərbi hissələrdən birində baş verən bədbəxt hadisə ilə bağlı məlumat yayıb

A- A A+

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu iyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində baş verən bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN-a daxil olan məlumatda bildirilir: “İyulun 6-da baş vermiş məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerində olublar. Fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanılıb, Hərbi Prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir. Hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsinin müəyyənləşdirilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.

Hərbi Prokurorluq həlak olanların qohumlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.

Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarətindədir”.

Xatırladaq ki, Müdafiə Nazirliyi iyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşərək partlaması nəticəsində iki hərbi qulluqçunun həlak olması, bir hərbçinin isə ağır xəsarət alması ilə bağlı məlumat yayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: