Gənc ailələr üçün Ordubad və Şahbuz şəhərlərində yeni yaşayış binaları tikilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubadda 28 mənzilli, Şahbuz şəhərində isə 40 mənzilli yaşayış binaları tikilir.

Ordubad şəhərində tikilən yaşayış binası zirzəmi ilə birlikdə 8 mərtəbədən və 28 mənzildən ibarət olacaq. Hazırda binada beton, hörgü və digər tikinti işləri aparılır.

Binanın zirzəmisində xidmət sahələri də yaradılacaq, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları istifadəyə veriləcək. Həyətdə də abadlıq işləri aparılaraq, müasir işıqlandırma və suvarma sistemləri qurulacaq.

Şahbuz şəhərində inşa olunan zirzəmi ilə birlikdə  6 mərtəbə, 40 mənzildən ibarət olacaq yaşayış binasında da tikinti işləri davam edir. 

Qeyd edək ki, dövlət vəsaiti ilə tikilən binalarda mənzillərə çəkilən xərclərə heç bir əlavələr edilmədən münasib qiymətə gənc ailələrə təklif olunur.  

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: