Ədliyyə Nazirliyində birinci yarımilin yekunları müzakirə olunub

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, birinci yarımilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında hüquq mühafizə orqanlarına, eləcə də Ədliyyə Nazirliyinə verilən tapşırıqları iştirakçıların diqqətinə çatdırıb. Nazir bildirib ki,  ilk yarımildə bələdiyyə, notariat və qeydiyyat fəaliyyəti , icra və probasiya xidməti ilə bağlı tədbirlər keçirilib. Ali təhsil ocaqlarının hamiliyə verilən ixtisaslarının tələbələri ilə mütəmadi görüşlər olub.  

Görülən digər işlər barədə ətraflı məlumat verən nazir   sessiyada qarşıya qoyulan vəzifələrin  ikinci yarımil ərzində əsas vəzifələr kimi icrasının  vacibliyini qeyd edib. 

Sonra məruzə ətrafında çıxışlar olub.  


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: