Heyvandarlıq Şahbuz rayonunun əhalisinin əsas məşğuliyyətidir. Bu sahənin inkişafında isə yem bazasının olması mütləqdir. Heyvandarlıqla məşğul olan sahibkarlar hər il olduğu kimi, cari ildə də yem tədarükünə ciddi hazırlıqla başlayıblar. Hazırda biçənəklərdə biçilən ot qurudularaq küplənir və tayalanır. Bu il havaların yağmurlu keçməsi nəticəsində biçənəklərdə bol ot yetişib. Sözsüz ki, məhsul istehsalının artımına, çeşidinin çoxalmasına və sonda gəlirlərin artmasına otun bolluğu da təsir göstərir. Buna görə də təsərrüfat işlərini mövsümə uyğun olaraq həyata keçirən kənd adamları ot biçini kampaniyasını da vaxtında başa çatdırmağa çalışırlar.
İyun ayının sonlarından başlayaraq davam edən biçin kampaniyası aran kəndlərində artıq başa çatıb. Bu iş hazırda dağ kəndlərində-Aşağı Qışlaq, Kolanı, Kükü, Biçənək, Ağbulaq, Gömür və başqa yerlərində davam edir.
“Oğuz səsi” qəzeti