Obalarda kütləvi tibbi müayinələr aparılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətidnən NUHÇIXAN-a verilən məlumata görə, yay mövsümünü yaylaqlarda keçirən heyvandarlara, onların ailələrinə davamlı olaraq  səhiyyə xidməti göstərilir.      

Növbəti dəfə Ordubad Rayon Mərkəzi Xəstəxanasının terapevt, kardioloq, cərrah, stomatoloq və pediatrlardan ibarət çoxprofilli həkim briqadası Göygöl ərazisindəki yaylaqlarda məskunlaşan heyvandarlara baş çəkib. Briqadanın fəaliyyəti zamanı onların hamısı profilaktik tibbi müayinəyə cəlb olunub, pediatrik, kardioloji, cərrahi, stomatoloji müayinələr aparılıb, Ordubad Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən obalarda dezinfeksiya, dezinseksiya tədbirləri həyata        keçirilib.

Həmçinin Şahbuz Rayon Mərkəzi Xəstəxanasının terapevt, cərrah, LOR, stomatoloq və pediatrdan ibarət həkim briqadası da Şahbuz rayonu ərazisindəki Batabat yaylağında  olub, burada məskunlaşan heyvandarlara lazimi köməkliklər göstəriblər.

Eləcə də Culfa Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası isə rayonun Ərəfsə kəndi  ərazisindəki Gədik yaylağında məskunlaşan hey­vandarlara baş çəkib. Briqadanın fəaliyyəti zamanı onların hamısı profilaktik tibbi müayinəyə cəlb olunub. Yaylaqda məskunlaşan ailələrə ilkin tibbi yardım üçün dərmanlar paylanılıb. Culfa Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları isə ərazidə dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirib, təhlil üçün su nümunələri götürüblər.

Qeyd edək ki, obalarda tibbi xidmət mövsüm boyu davam etdiriləcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: