Kəngərli rayonunda maarifləndirici tədbir olub

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ədliyyə Nazirliyi ilə Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən “Vətəndaşlıq vəziyyəti aktlarının izahı, məsuliyyət və vəzifələr” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib. Tədbirdə inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.

Seminarda Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov qeyd edib ki, vətəndaşlıq vəziyyəti aktları rəsmiləşdirilərkən qanunvericiliyin tələbləri gözlənilməli, kargüzarlıq işləri aparılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilən təlimatın tələblərinə əməl edilməlidir. Qeydiyyat şöbələri doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İcra hakimiyyətinin nümayəndələri isə doğumun, nikahın bağlanmasının, ölümün qeydiyyatını aparmaq və doğum, nikah, ölüm haqqında şəhadətnamələr vermək səlahiyyətinə malikdirlər.

Səyyub Kərimov qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlar zamanı əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsini, nöqsanlara yol verilməməsinin  əsas vəzifələrdən olduğunu diqqətə çatdırıb.

Seminarda Kəngərli Rayon Qeydiyyat Şöbəsinin rəisi Gülçin Ağayeva “Doğum, ölüm və nikahın qeydiyyatı qaydaları haqqında” və Kəngərli  Rayon İcra Hakimiyyəti başçısının Şahtaxtı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səfər Qazıbəyov “İcra nümayəndəliyində qeydiyyat işinin təşkili” mövzusunda çıxış ediblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: