Torpaqların elektron kadastr uçotu ilə bağlı yeni proqram təminatı yekunlaşmaq üzrədir

A- A A+

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində torpaqların elektron kadastr uçotu informasiya sisteminin proqram təminatının hazırlanması ilə bağlı növbəti müzakirələr aparılıb. Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, iki gün davam edən müzakirələrdə iştirakçılar sistemin fəaliyyətini təmin edəcək proqram təminatının hazırlanması istiqamətində görülmüş işlər barədə məlumatlandırılıblar.  Komitənin mütəxəssisləri tərəfindən verilmiş təkliflər əsasında proqram təminatında aparılmış təkmilləşdirmə işləri və yeni funksionallıqlar nümayiş olunub. Sistemin hazır modullarının iş prinsipi sınaq rejimində yoxlanılıb, mövcud nöqsanların aradan qaldırılması və zəruri əlavələrin edilməsi üçün geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sistem Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi  sahəsində  əlavə  tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanına əsasən yaradılır və  2020-ci ilədək istifadəyə verilməsi nəzərdə tutulur.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: